Amorim 78 yaşlı bu məşqçini köməyə çağırdı
“Mançester Yunayted”in baş məşqçisi Ruben Amorim 78 yaşlı atletika mütəxəssisi Harri Marranı məşqlərə cəlb edib.
Aut.az xəbər verir ki, bu barədə “The Times” məlumat yayıb.
Marra 2016-cı ildə Rio-de-Janeyroda keçirilən Olimpiya Oyunlarından sonra ən yaxşı məşqçi kimi tanınmışdı.
Mütəxəssis Amorimə fitnes və idman elmi məsələləri üzrə məsləhətlər verir.
Mənbənin sözlərinə görə, Amorim komandanın fiziki durumundan narazılığını bildirməyə başlayandan sonra bu qərarı verib.
Aut.az
