İngiltərə

“Liverpul” Salahı adaşı ilə əvəzləyəcək?

“Vest Hem”in hücumameyilli yarımmüdafiəçisi Məhəmməd Kudus İngiltərə Premyer Liqasının ən yaxşı klublarından birinə keçə bilər.

Aut.az xəbər verir ki, qanalı futbolçu “Liverpul”un transfer siyahısındadır. Bu barədə “Fichajes” məlumat yayıb.

Bildirilir ki, “qırmızılar” Səudiyyə Ərəbistanının aparıcı klublarının transferində maraqlı olduğu Məhəmməd Salah satılacağı təqdirdə Kudusu almağa cəhd edə bilər.

“Transfermarkt” 23 yaşlı futbolçunun dəyərini 50 milyon avro qiymətləndirir. O, bu mövsüm Premyer Liqada 28 oyun keçirib, 7 qol vurub və 4 məhsuldar ötürmə edib. Bundan əlavə, onun Avropa Liqasında 8 oyunda 5 qolu var.

Qeyd edək ki, Kudus 2023-cü ilin yayında “Ayaks”dan 43 milyon avroya “Vest Hem”ə keçib.

Aut.az

Məhəmməd Qudus