İngiltərə

Komanda yoldaşını qol vurmağına peşman etdi: Azarkeşlərinin önündə soyundurdu – VİDEO

İngiltərə Çempionşipinin son turu çərçivəsində keçirilən KPR – “Birmingem” matçının son saniyələri əsl şouya çevrilib.

Aut.az xəbər verir ki, Kiren Morqan 96-cı dəqiqədə uzaqdan vurduğu qolla London klubuna 2:1 hesablı qələbə qazandırıb və komandanı pley-off zonasına daşıyıb.

Emosiyalar anında partlayıb. Morqan sevincdən formasını çıxarıb tribunaya tərəf qaçıb, komanda yoldaşları da ona qoşulub. Amma adi sevinc epizodu kimi görünən bu an tezliklə sosial şəbəkələrin diqqətini çəkən gülməli bir hadisəyə çevrilib.

Futbolçular qucaqlaşıb sevinərkən, “Mançester Yunayted” və “Real”ın sabiq ulduzu Rafael Varanın qardaşı olan Conatan Varan bu ana əlavə rəng qatmaq istəyib. O, qəfil hərəkətlə Morqanın şortunu aşağı çəkib və hamını güldürüb.

Oyunun qəhrəmanı olan hücumçu fanatların qarşısında yalnız alt paltarı ilə qalıb. Morqan əvvəlcə arxaya baxıb gülüb, sonra isə şortunu qaldıraraq bunun klubun gələcək mem tarixçəsinə düşəcəyini işarə edib.

Aut.az