Haalanda elə bir müqavilə təklif edildi ki…
İngiltərənin “Mançester Siti” klubu ulduz hücumçusu Erlinq Haalanda yeni müqavilə təklif edib.
Aut.az xəbər verir ki, bu barədə “Daily Mirror” məlumat yayıb.
Mənbənin sözlərinə görə, yeni müqavilədə norveçli üçün həftəlik 600 min avrodan çox maaş nəzərdə tutulur. Yeni müqavilə 2029-cu ilə qədər qüvvədə olacaq.
Erlinq bu müqaviləni imzalasa, həftədə 500 min avro qazanan komanda yoldaşı Kevin De Bruyneni keçərək Premyer Liqada ən çox maaş alan futbolçu olacaq.
Transfermarkt internet portalı 24 yaşlı hücumçunun transfer dəyərini 200 milyon avro qiymətləndirir. Norveçlinin hazırkı müqaviləsi 2027-ci ilin yayına kimi nəzərdə tutulub.
Bu mövsüm Haaland “Mançester Siti”nin heyətində bütün yarışlarda 16 oyun keçirib və 15 qol vurub.
Aut.az
