İngiltərəTürkiyə

Bəlli oldu: Mourinyo 35 yaşlı ulduzu buna görə “Fənər”ə gətirir

“Fənərbaxça”nın baş məşqçisi Joze Mourinyo, “Mançester Siti”nin 35 yaşlı sağ cinah müdafiəçisi Kayl Uokeri kluba dəvət etmək istəyir.

Aut.az xəbər verir ki, portuqal mütəxəssis futbolçunun onun oyun modeli üçün ideal olacağına inanır. Bu barədə “X” sosial şəbəkəsində “A Spor” məlumat yayıb.

Mənbənin sözlərinə görə, portuqaliyalı mütəxəssis “Fənərbağça” üçlü müdafiəçi ilə oynadığı zaman ingilisi sağ cinahda istifadə etmək və lazım gəldikdə elə həmin cinahda vinger mövqeyinə keçirmək istəyir.

Uokerin “şəhərlilər”lə müqaviləsi 2026-cı ilin yayına kimi nəzərdə tutulub. Müdafiəçi 2017-ci ildən “Mançester Siti”də çıxış edir. Mankunianlarla birlikdə Uoker 6 dəfə İngiltərə çempionu olub.

“Transfermarkt” portalında təqdim edilən məlumata görə, futbolçunun bazar dəyəri 4 milyon avrodur.

Daha əvvəl mətbuatda türk nəhənginin Uokerlə danışıqlar apardığı xəbəri yayılmışdı.

Aut.az