Qiyməti endirdilər: Onu “Yunayted”ə 100 milyona satmağa razıdırlar
“Sportinq”in hücumçusu Viktor Qyokeres karyerasını “Mançester Yunayted”də davam etdirə bilər.
Aut.az xəbər verir ki, “GiveMeSport”un məlumatına görə, İngiltərə klubu cari mövsümdə 39 matçda 37 qol vurub, 9 məhsuldar ötürmə edən isveçlini heyətinə qatmaqda maraqlıdır.
Mənbənin bildirdiyinə görə, “Sportinq” forvardını futbolçunun müqaviləsində satınalma maddəsi kimi göstərilən məbləğdən aşağı qiymətə – 100 milyon avroya buraxmağa hazırdır.
PSJ-nin də Viktor Qyokereslə maraqlandığı bildirilir. 26 yaşlı forvardın “Sportinq”lə müqaviləsi 2028-ci ilin yayına kimi nəzərdə tutulub.
Aut.az
