Keyn karyerasında ilkə imza atdı: Ardıcıl 3 mövsüm…
“Bayern”in hücumçusu Harri Keyn karyerasında ilk dəfə ardıcıl 3 mövsümdə 30 və daha çox qol vurub.
Aut.az xəbər verir ki, o, buna Çempionlar Liqasının pley-off mərhələsinin 1/8 final mərhələsində “Bayer”lə qarşılaşmasında (3:0) dubl etməklə nail olub.
Bununla ingilis futbolçu Münhen klubunun heyətində 30-cu qolunu (34 matç) vurub. 2022/2023 mövsümündə Keyn “Tottenhem”in heyətində 49 matçda 32 qol vurub. Ötən mövsüm isə futbolçu Almaniya klubunda 45 matçda 44 dəfə fərqlənib,
Aut.az
