Dünya futboluİngiltərə

Premyer Liqanın iki nəhəngi əfsanənin oğlunu istəyir

Premyer Liqanın iki klubu “Brügge” və Serbiya millisinin  yarımmüdafiəçisi Aleksandar Stankoviçə maraq göstərir.

Aut.az xəbər verir ki, bu barədə Matteo Moretto məlumat yayıb.

Onun sözlərinə görə, sözügedən klublar “Tottenhem” və “Nyukasl”dır. Bu klubların skautları “Brügge”nin son matçlarında müşahidə olunub.

Bu arada 20 yaşlı yarımmüdafiəçini bu yay 9,5 milyon avroya satan “İnter” də onun gedişatını izləyir. “İnter”in kiçik Stankoviçi 23 milyon avroya almaq imkanı var.

Aleksandar Stanković bu mövsüm bütün turnirlərdə “Brügge”nin heyətində 21 matçda 1 qol vurub. Onun müqaviləsi 2029-cu ilin yayına kimi nəzərdə tutulub və transfer dəyəri 13 milyon avro qiymətləndirilir.

Aleksandr Serbiya futbolunun əfsanəsi Deyan Stankoviçin oğludur.

Aut.az