İngiltərə

De Bruyne “Qvardiola ilə arası dəyib” deyənlərə cavab verdi

“Mançester Siti”nin yarımmüdafiəçisi Kevin De Bruyne baş məşqçisi Pep Qvardiola ilə arasında problem olması ilə bağlı məsələyə aydınqlıq gətirib.

Aut.az xəbər verir ki, “BBC Sport”a danışan belçikalı futbolçu iddiaları təkzib edib:

“Mənimlə Qvardiola arasında heç bir anlaşılmazlıq yoxdur. O, mənim üçün çətin dövr olduğunu bilir. Ağrılı və narahat keçdi. Ümid edirəm ki, ağrısız şəkildə formaya qayıda biləcəyəm və sonra tamamilə yaxşılaşacağam”.

Qeyd edək ki, De Bruyne sentyabrın ortalarında Çempionlar Liqası çərçivəsində baş tutan “İnter”lə matçda (0:0) əzələsindən zədə almışdı. O, həmin vaxtdan meydanlardan uzaq düşmüşdü.

Aut.az