Telefonunu belə polisə verməyə hazırdır
“Mançester Yunayted”in hücumçusu Antoni şiddət iddialarıyla bağlı ifadə verəcək.
Aut.az xəbər verir ki, futbolçu özü könüllü olaraq Mançester polisi ilə əlaqə saxlayıb. O, bu məqsədlə çərşənbə axşamı İngiltərəyə yollanıb.
“Sambaçı” istintaqa kömək etmək üçün telefonunu polisə verməyə belə hazır olduğu bildirib.
Qeyd edək ki, sentyabrın ilk günlərindədə bir neçə qız 23 yaşlı futbolçuya qarşı zorakılıq iddiası ilə çıxış edib və polisə müraciət edib. O, buna görə “qırmızı şeytanlar”ın məşqlərdən uzaqlaşdırıb.
