İngiltərə

Runi müasir futboldakı tendensiya haqda: Pepin günahıdır

“Plimut”un baş məşqçisi və İngiltərə millisinin sabiq futbolçusu Ueyn Runi müasir futboldakı tendensiyalardan danışıb.

Aut.az xəbər verir ki, bu barədə “Daily Mail” Runidən sitat gətirib.

“Düşünürəm ki, oyun daha çox mövqe mübarizəsinə çevrilib və mükəmməl qol vurmaq üçün daha çox cəhdlər var. Hesab edirəm ki, bu, Pepin günahıdır! Bunu oyuna o gətirdi. O, özü bunun öhdəsindən gəldi, amma görünür, hamı real şanslar yaratmaqda çətinlik çəkir”, – deyə Runi bildirib.

Xatırladaq ki, Qvardiolanın 2008-ci ildə ilk klubu ilk mövsümündə trebl qazandığı “Barselona” olub. İspan mütəxəssis 2016-cı ildə “Mançester Siti”yə baş məşqçi təyin olunub. Bu müddət ərzində onun rəhbərliyi altında “şəhərlilər” altı dəfə İngiltərə çempionu olub, həmçinin Çempionlar Liqası, Avropa Superkuboku və Klublararası Dünya Kubokunun qalibi olub. Qvardiola 2013-2016-cı illərdə “Bavariya”nı da çalışdırıb.

Aut.az