İngiltərə

FA əməkdaşları “Yunayted”in sahibi ilə görüşdülər: Başa saldılar ki…

Futbol Assosiasiyası (FA) “Mançester Yunayted”in həmtəsisçisi Cim Retklifflə görüş keçirərək ona “İngiltərə futbolunun iştirakçısı kimi” məsuliyyətlərini xatırladıb.

Aut.az xəbər verir ki, bu barədə “Sky Sports” məlumat yayıb.

Xatırladaq ki, iş adamı əvvəllər Böyük Britaniyanın miqrantlar tərəfindən müstəmləkə edildiyini bildirmişdi. Xüsusilə, o, “9 milyon insanın müavinət aldığı, lakin çox sayda immiqrantın olduğu bir iqtisadiyyata sahib ola bilməzsiniz” demişdi.

Mənbənin məlumatına görə, FA media müsahibələri zamanı Retkliffə futbol məsuliyyətlərini xatırlamağı məsləhət görüb. Həmçinin vurğulanıb ki, “Mançester Yunayted”in həmsahibinə heç bir cəza tətbiq olunmayacaq.

Aut.az