Əfsanə “yeni stadion tikiləcək” xəbərinə belə reaksiya verdi
“Mançester Yunayted”in keçmiş baş məşqçisi Ser Aleks Ferqyuson “Old Trafford”un yerində yeni stadion tikiləcəyi ilə bağlı yayılan xəbərlərə münasibət bildirib.
Aut.az xəbər verir ki, Ferqyuson bu barədə klubun rəsmi saytına danışıb.
“Qırmızı şeytanlar”ın yeni stadionu 100 min azarkeş tutumuna malik olacaq.
“Mançester Yunayted” həmişə meydanda və meydandan kənarda ən yaxşı olmağa çalışmalıdır və bura oynadığımız stadion da daxildir. “Old Trafford şəxsən mənim üçün çox xüsusi xatirələrə malikdir, lakin biz cəsarətli olmalı və yeni tarixin yazılacağı gələcəyə uyğun yeni ev tikmək üçün bu fürsətdən istifadə etməliyik”, – deyə Ferqyuson bildirib.
Aut.az
