“Çelsi” 16 yaşlı uduz üçün hərəkətə keçdi
“Çelsi” “Palmeyras”ın 16 yaşlı vunderkindi Estevao Villian üçün 75 milyon avro ödəməyə hazırdır.
Aut.az xəəbr verir ki, londonlular Messinyo ləqəbi ilə tanınmağa başlayan gənc ulduzu almaq əzmindədirlər. Artıq “zadəganlar” “Palmeyras” rəhbərliyi ilə danışıqlar aparmaq üçün Braziliyaya rəsmi nümayəndə göndəriblər.
Estevaonun klubu ilə müqaviləsində 60 milyon avroya satın alma maddəsi var. Lakin bütün ödənişlərlə bu məbləğ 75 milyona yüksələ bilər.
17 yaşlı gənclər arasında dünya çempionatında Braziliya millisinin heyətində özünü yaxşı göstərən futbolçu “Çelsi”dən başqa “Bavariya”, “Mançester Yunayted”və “Arsenal”ın maraq dairəsindədir
“Çelsi” transferlə bağlı razılığa gələ bilsə, Braziliya qanunlarına görə Estevao Villian yalnız 2025-ci ildə, 18 yaşı tamam olanda yeni komandaya qoşula biləcək.
