İngiltərə

Əfsanə Salahın yerinə onu təklif etdi

“Liverpul”un əfsanəvi futbolçusu Maykl Ouen yayda komandada ayrılmağa hazırlaşan Məhəmməd Salah və Darvin Nunyesin yerinə alınacaq futbolçularla bağlı komandaya tövsiyə edib.

Aut.az xəbər verir ki, o, xüsusilə Salahı əvəzləyə biləcək futbolçu barədə danışıb:

“Salah getsə, “Liverpul” başqa hücumameyilli oyunçu almağa çalışacaq. Düşünürəm ki, Darvin Nunes də gedəcək. Bunlar iki hücum oyunçusudur və onları mütləq bir və ya iki oyunçu ilə əvəz etməli olacaqlar.

Alternativlər çoxdur, lakin Salahı heç kim əvəz edə bilməz. Onun statistikasını təkrarlayan yoxdur. Son vaxtlar müxtəlif futbolçularla bağlı söz-söhbətlər gəzir. “Liverpul” “Nyukasl”dan Aleksander İsakı ala bilsəydi, inanılmaz bir keçid olardı. Amma əminəm ki, hər komanda onu istəyir.

Salahla eyni mövqedə oynayan “Bornmut”lu Antuan Semenyonu da bəyənirəm. O, gənc, yaxşı qol vurma qabiliyyətinə malik enerjilidir, yaxşı oyunçudur”.

Aut.az