İngiltərə

Slot Salahın müqaviləsi haqda: Bu qədər yaxşı oynamasaydı…

“Liverpul”un baş məşqçisi Arne Slot klubun misirli hücumçusu Məhəmməd Salahın müqaviləsi ilə bağlı vəziyyətdən danışıb.

“Əgər Məhəmməd çox yaxşı oynasa, daha da dəyərli olacaq! Bu qədər yaxşı oynamasaydı, bəlkə də onunla müqaviləni uzatmaq istəyib-istəmədiyimizi düşünərdik. Ümid edirəm ki, o, müqaviləni uzadacaq”, – jurnalist Fabritsio Romano “X” sosial şəbəkəsində Slotdan sitat gətirib.

Bu mövsüm 32 yaşlı Məhəmməd Salah klubda bütün turnirlərdə 38 oyun keçirib, 30 qol vurub və 21 məhsuldar ötürmə edib. Futbolçunun müqaviləsi 30 iyun 2025-ci ilə qədərdir.

Aut.az