İngiltərə

Dünən gəlib, bu gün Kloppu təəccübləndirir – VİDEO

Görünür, “Liverpul”un baş məşqçisi Yurgen Kloppu təəccübləndirmək o qədər də çətin deyil.

Aut.az xəbər verir ki, klubun rəsmi hesabında Kloppun Aleksis Mak Allisterin zərbəsinə heyran olduğu video yerləşdirilib. Videoda görünür ki, Mak Allister iti bucaq altından qol vurur, , Klopp isə həvəslə “Vay, Makka!” qışqırır.

Daha sonra Aleksis öz mövqeyinə qayıdır və topu cəld Kostas Tsimikasdan alır. Bu da Kloppu yenidən sevindirir: “Bu mənim xoşuma gəlir, Mak Allister!”

“Liverpul”un müdafiəçisi Endi Robertson klubun saytına müsahibəsində yeni oyunçuların – Aleksis Mak Allister və Dominik Soboslainin komandaya tez uyğunlaşdıqlarını bildirib.

Aut.az