İngiltərə

“Liverpul” qərar verdi: Ya yeni müqavilə imzayacaq, ya da satılacaq

“Liverpool” tezliklə müdafiəçisi İbrahima Konatəyə yeni müqavilə təklif etməyi planlaşdırır.

Aut.az xəbər verir ki, bu barədə “Marca” məlumat yayıb.

Bildirilir ki, əgər 26 yaşlı fransalı yeni müqaviləni qəbul etməsə, klub onu bu yay transferə çıxara bilər. Konatenin hazırkı müqaviləsinin müddəti gələn il başa çatır.

Xatırladaq ki, müdafiəçi 2021-ci ilin yayında “Leypsiq”dən “Liverpool”a 40 milyon avroya keçib. Mərkəz müdafiəçisinin aktivində bütün turnirlərdə 132 oyun, 5 qol və 4 məhsuldar ötürmə var.

Aut.az