Azərbaycan futboluKonfrans Liqası

“Sabah” Konfrans Liqası ilə vidalaşdı

“Sabah” bu gün UEFA Konfrans Liqasının 3-cü təsnifat mərhələsində cavab oyununa çıxıb.

Aut.az xəbər verir ki, paytaxt təmsilçisi Bakıda Bolqarıstanın “Levski” (Sofiya) komandasını qəbul edib.

“Sabah” səfərdəki ilk matçda bir cavabsız qolla məğlub olmuşdu. Cütün qalibi pley-offda “AZ Alkmar” (Niderland) – “Vaduts” (Lixtenşteyn) duelinin güclüsü ilə üz-üzə gələcəkdi. “Sabah” cavab görüşündə də məğlub olduğu üçün avrokuboklarla vidalaşıb. “Levski” isə pley-offa vəsiqə qazanıb.

UEFA Konfrans Liqası
III təsnifat mərhələsi, cavab oyunu

14 avqust

20:00 Sabah – Levski (Bolqarıstan) 0:2

Qollar: Radoslav Kirilov, 40. Mazire Soula, 87.
İlk oyun 0:1

“Sabah”: 92. Stas Pokatilov, 80. Akim Sedadka, 3. Stiv Solvet, 40. İqor Noqeyra, 5. Rəhman Daşdəmirov, 13. İvan Lepinitsa, 22. Zinəddin Uld Xaled, 20. Coy-Lens Mikels, 7. Boyan Letiç, 70. Cesse Sekidika, 18. Pavol Safranko (k)

Baş məşqçi: Valdas Dombrauskas

“Levski”: Svetoslav Vutsov, 3. Maykon, 4. Kristian Makun, 50. Kristian Dimitrov, 21. Aldair Neveş, 10. Asen Mitkov, 17.  Everton Bala, 18. Qasper Trdin, 99. Radoslaav Kirilov, 88. Marin Petkov (k), 77. Borislav Lupanov

Baş məşqçi: Xulio Velaskes