İngiltərə

Siyahı açıqlandı: Salah, Rays, İsak…

İngiltərə Premyer Liqası 2024/25 mövsümünün ən yaxşı futbolçusu adına namizədləri açıqlayıb.

Aut.az xəbər verir ki, bu barədə çempionatın mətbuat xidməti məlumat yayıb.

Siyahıya “Liverpul”, “Arsenal”, “Nyukasl”, “Brentford” və sensasion çıxış edən “Nottingem Forest”in oyunçuları daxil edilib.

Premyer Liqanın ən yaxşı oyunçusu adına namizədlər siyahısında Rayan Qravenberx, Məhəmməd Salah, Vircil van Deyk (hər üçü “Liverpul”), Morqan Gibbs-Uayt, Kris Vud (hər ikisi “Nottingem Forest”), Deklan Rays (“Arsenal”), Aleksandr Isak (“Nyukasl”) və Brayən Mbemo (“Brentford”) yer alıb.

Qeyd edək ki, “Liverpul” Premyer Liqanın 34-cü turunda “Tottenhem”i darmadağın edərək çempionluğu vaxtından əvvəl rəsmiləşdirib. “Nyukasl” isə bu mövsüm Liqa Kubokunu qazanaraq son 70 ildə ilk milli tituluna sahib olub.

Aut.az