İngiltərə

Millinin düşərgəsinə gəlməyib: Bir az da yubanacaq

“Mançester Yunayted”in futbolçusu Markus Reşford şəxsi səbəblərə görə İngiltərə millisinə gəlişini təxirə salıb.

Aut.az xəbər verir ki, o, Avro-2024-ün seçmə mərhələsi çərçivəsində noyabrın 17-də Malta, 20-də isə Şimali Makedoniya ilə keçiriləcək oyunlar üçün toplanan yığmanın düşərgəsinə həftənin sonunda qoşulmağı planlaşdırır. Bu barədə “The Telegraph” məlumat yayıb.

Onun hansı səbəbdən millidən ayrı düşdüyü vurğulanmayıb.