Arteta bu halda qovulacaq – Xələfi də bəllidir
“Arsenal”ın baş məşqçisi Mikel Arteta İngiltərə Premyer Liqasını və ya Çempionlar Liqasını qazana bilməsə, istefaya göndərilə bilər.
Aut.az xəbər verir ki, bu barədə “Mundo Deportivo” məlumat yayıb.
Əhəmiyyətli maliyyə investisiyaları nəzərə alınmaqla komandanın bir neçə mövsüm ərzində böyük kuboklar qazana bilməməsi London klubu rəhbərliyini Arteta ilə bağlı şübhəyə salıb.
Klub rəhbərliyi artıq mümkün əvəzləyici namizədi müəyyən edib. Yeni məşqçi İtaliyanın “Komo” klubuna rəhbərlik edən Sesk Fabreqas ola bilər.
Arteta 2019-cu ildən “Arsenal”a rəhbərlik edir. Məşqçinin klubla hazırkı müqaviləsi 20 iyun 2027-ci ilə qədərdir.
Aut.az
