Kloppun “sağ əli” bu klubda çalışacaq
“Liverpul”un baş məşqçisi Yurgen Kloppun köməkçisi niderlandlı Pepeyin Liynders yeni mövsümdə “Zalsburq” klubuna rəhbərlik edəcək.
Aut.az xəbər verir ki, o, 2023/2024 mövsümünün sonunda “qırmızılar”da ayrılaraq sonra Avstriya klubuna keçəcək. Onunla 3 illik müqavilə imzalanacaq. Bu barədə İngitərə təmsilçisinin rəsmi saytı məlumat yayıb.
“Zalzsurq”un yeni baş məşqçisi olmaqdan çox qürur duyuram. Bu, mənim üçün əsl imtiyazdır. PSV, “Porto” və “Liverpul”dan sonra həqiqətən yaxşı quruluşa və gənclərin inkişafına xüsusi diqqət yetirən başqa bir inanılmaz kluba keçirəm” – deyə 41 yaşlı mütəxəssis bildirib.
Liynders 2015-ci ilin yayından Kloppun “Liverpul”da köməkçisi olub, 2018-ci ildə “Nijmegen”də işləmək üçün fasilə verib.
Sona bir tur qalmış “Zalsburq” Avstriya Bundesliqasında çempionların pley-off cədvəlində ikincidir.
Qeyd edək ki, Klopp da mövsümün sonunda “Liverpul”u tərk edəcək. O, karyerasında ən azı 1 il fasilə verəcəyini açıqlayıb.
Aut.az
