Dünya futbolu

Mahir Emreli nə vaxt oynayacaq?

Azərbaycan millisinin üzvü Mahir Emrelinin formasını geyindiyi “Dinamo” (Zaqreb, Xorvatiya) Çempionlar Liqasının qrup mərhələsində sabah növbəti oyununa çıxacaq.

Aut.az xəbər verir ki, Zaqreb təmsilçisi V turda evdə İtaliya “Milan”ını qəbul edəcək.

Azərbaycanlı forvard bu görüşdə iştirak etməyəcək. Səhhətində problem olan hücumçunun adı oyunun iştirak ərizəsinə daxil edilməyəcək.

Sabah keçiriləcək “Dinamo” – “Milan” oyununa saat 23:00-da start veriləcək.