İngiltərə

Aşağı liqa klubuna getdi

“Mançester Yunayted”in sabiq futbolçusu  Maykl Kerrikin yeni iş yeri müəyyənləşib.

Aut.az xəbər verir ki, o, İngiltərə Çempionşip təmsilçisi “Midlsbro”nun baş məşqçisi təyin edilib.  Bu barədə klubun saytı məlumat yayıb. Müqavilənin detalları açıqlanmayıb.

Kerrik 2006-2018-ci illərdə “Mançester Yunayted”in formasını geyinib. Daha sonra o, 2021-ci ilə qədər Joze Mourinyo və Ole Qunner Sulşerin rəhbərliyi altında klubun köməkçi məşqçisi olub.

Sulşer qovulandan sonra Kerrik “Mançester Yunayted”in müvəqqəti baş məşqçisi olub. Kerrikin rəhbərliyi altında komanda 3 görüşdə 2 qələbə qazanıb və 1 dəfə heç-heçə edib. Dekabrın 3-də Kerrik komandadan ayrılmışdı və o vaxtdan indiyə kimi işsiz idi.