Son Hın-Minin “Tottenhem”dəki gələcəyi müəyyənləşdi
Hücumçu Son Hın-Min “Tottenhem” ilə müqaviləsini uzadacaq.
Aut.az xəbər verir ki, bu barədə “The Telegraph” məlumat yayıb.
London komandası cari müqaviləsi bu mövsüm başa çatacaq 32 yaşlı hücumçu ilə müqaviləni uzatmaq opsiyasından istifadə etmək niyyətindədir. “Mahmızlar”ın kapitanının sözləşməsini 2026-cı ilə qədər uzadılacaq.
Cənubi Koreya millisinin üzvü 2015-ci ildə 22 milyon funt sterlinq qarşılığında “Bayer Leverkuzen”dən “Tottenhem”ə keçmişdi.
Qeyd edək ki, koreyalı forvard İngiltərə Premyer Liqasında 310 matçda 123 qol vurub. Bu mövsüm Son Premyer Liqada 7 oyunda, 3 qol vurub və eyni sayda məhsuldar ötürmə edib.
Aut.az
