Yenə dinc dayanmadı: Bu dəfə rəqibinə kəllə atdı – VİDEO
“Preston”un hücumçusu Milutin Osmaiç növbəti qalmaqallı hadisənin mərkəzinə düşüb.
Aut.az xəbər verir ki, Çempionşip çərçivəsində “Hall Siti”yə qarşı ev matçında (0:3) o, rəqibə baş zərbəsi endirdiyinə görə birbaşa qırmızı vərəqə alıb.
İnsident qarşılaşmanın əlavə olunmuş vaxtında baş verib. “Hall Siti”nin futbolçusu Con Lundstramla sözlü mübahisədən sonra Osmaiç qəfil rəqibinin üzünə başla zərbə endirib. Lundstram qazona yıxılıb və bundan sonra hər iki komandanın oyunçuları arasında mübahisə yaranıb.
Baş hakim vəziyyəti nəzarət altına almaq üçün Osmaiçi fiziki olaraq kənara çəkməyə məcbur qalıb, bu zaman komanda yoldaşları və rəqiblər gərginliyi azaltmağa çalışıblar.
Qeyd edək ki, bu, Osmaiçin karyerasında ilk qalmaqal deyil. O, 2024-cü ilin oktyabrında “Blekbern” futbolçusunu dişlədiyinə görə 8 oyunluq diskvalifikasiya olunub. Noyabrda isə “Bernli”nin futbolçusu Hannibal Mejbriyə qarşı irqçi təhqirlərə görə daha 9 matçlıq cəzaya məruz qalıb.
Osmajic head loss. Hull player makes the most of it but this simply can’t keep happening.
Where do we even go from here with him? #pnefc pic.twitter.com/HuWB5S0zui
— North End Podcast (@nepdailypod) January 20, 2026
