İspaniya

“Real”ın Vinisiusa nə qədər maaş təklif etdiyi məlum oldu

“Real” hücumçu Vinisius Juniorla müqavilənin uzadılması ilə bağlı danışıqlar aparır.

Aut.az xəbər verir ki, “The Athletic”-in məlumatına görə, hazırda braziliyalı futbolçunun Madrid klubundakı illik xalis maaşı 18 milyon avrodur. “Kral klubu” forvarda mövsüm üçün 20 milyon avro maaş nəzərdə tutan yeni müqavilə təklif etsə də, futbolçu bu təklifi rədd edib.

Qeyd olunur ki, “Real” Vinisiusla müqaviləni yeniləmək niyyətində qalır, oyunçu özü də Madrid klubunda qalmaq istəyir. Tərəflər danışıqlarda tələsmir.

Vinisius Junior 2018-ci ildən «Real»ın formasını geyinir. Onun “kral klubu” ilə mövcud müqaviləsi 2027-ci ilin yayına qədər qüvvədədir.

Aut.az