İspaniya

Qalmaqallı məclis: Yamalı hansı cəza gözləyir?

“Barselona”nın ulduzu Lamine Yamal 18 yaşını qeyd etdi.

Aut.az xəbər verir ki, onun “mafiya” mövzulu ad günü şənliyi gənc oyunçunun başına bəla olub. Məxfiliyə böyük önəm verilərək təşkil edilən gecədə Qavi və Balde də daxil olmaqla bir çox komanda yoldaşı və tanınmış simalar iştirak edib.

Tədbirdə axondroplaziya (cırtdanlıq) və digər skelet displaziyaları olan şəxslərin yalnız əyləncə məqsədləri üçün istifadə edildiyinə dair iddialar geniş müzakirələrə səbəb oldu. Hadisələr Yamala qarası istintaqa və cəriməyə səbəb ola bilər.

Axondroplaziya və Digər Skelet Displaziyaları Assosiasiyası (ADEE) hadisəni həm hüquqi, həm də etik əsaslarla kəskin şəkildə pisləyib və araşdırmaya başlayıb.

Qalmaqallı məclis: Yamalı hansı cəza gözləyir?

ADEE prezidenti Karolina Puente, Yamalın ad günündə “yalnız nümayiş məqsədi ilə və diqqəti cəlb etmək üçün” axondroplaziya və oxşar xəstəlikləri olan insanlardan istifadə edildiyini bildirib.

İspaniya qanunlarına görə, əlilləri ələ salmaq və ya alçaltmaq məqsədi daşıyan hərəkətlər qadağandır. Qanunun pozulması 600.000 avrodan 1 milyon avroya qədər cərimə nəzərdə tutur.

Gecəyə qatılan, adlarını açıqlamayan bir çox insan hər kəsin əla vaxt keçirdiyini və heç bir alçaldılma olmadığını, hadisənin çox şişirdildiyini iddia edir.

Aut.az