“Real”ın yay planı bəlli oldu
“Real Madrid” yay transfer pəncərəsi dövründə bir neçə oyunçu transfer etmək niyyətindədir.
Aut.az xəbər verir ki, “Diario AS”-ın məlumatına görə, Madrid klubu müdafiəsini gücləndirməyi planlaşdırır, bu yay bir və ya iki mərkəz müdafiəçisi ilə müqavilə imzalamağa ümid edir. Bundan əlavə, “Real” yarımmüdafiə xəttində bir oyunçunun – mərkəz yarımmüdafiəçisinin transferini başa çatdırmaq niyyətindədir.
“Kral klubu” hazırda İspaniya çempionatının turnir cədvəlində ikinci yerdədir.
Aut.az
