İngiltərəİspaniya

“Barsa” onu qışda transfer etməyəcək: Yayda havayı əldə etmək istəyir

“Barselona” bu qış “Kristal Pelas”ın müdafiəçisi Mark Qehini transfer etmək niyyətində deyil.

Publika.az xəbər verir ki, Qehi mövsümün sonunda azad agent olacaq və “Barsa” bundan yararlanaraq onu havayı əldə etmək istəyir.

25 yaşlı ingilis futbolçunu kataloniyalılarla yanaşı, “Bavariya”, PSJ, “Liverpul” və “Real Madrid” də izləyir.

Daha əvvəl Markın “Kristal Pelas”la müqaviləni yeniləmək niyyətində olmadığı açıqlanmışdı.

Aut.az