İspaniya

Xavidən sonra o da gedir

Kapitan Serji Roberto mövsümün sonunda “Barselona”nı tərk edəcək.

Aut.az xəbər verir ki, bu barədə AS məlumat yayıb.

Mənbənin sözlərinə görə, 31 yaşlı müdafiəçi yetirməsi olduğu komandada daha bir mövsüm qalmağa hazır idi. Çünki Xavi onun xidmətində maraqlı idi.

Lakin gənc mütəxəssis mövsümün sonunda istefa verəcəyini elan etdikdən sonra klub oyunçu ilə iyunda bitəcək müqaviləni yeniləməmək qərarına gəlib.

Serji Roberto 2010-cu ildən “Barsa”nın əsas komandasının üzvüdür. O, 363 oyunda 19 qol və 41 asist edib.