Tennis

Bu göstəricidə Şarapovanı ötdü

Rusiyalı tennisçi Daniil Medvedev karyerasında qazandığı pul mükafatının məbləğinə görə həmyerlisi Mariya Şarapovanı geridə qoyub.

Aut.az xəbər verir ki, dünyanın 3 nömrəli raketka ustası Avstraliya Açıq çempionatının finalında italiyalı Jannik Sinnerə uduzub. Medvedev turnirdəki qazancı 1 milyon 166 min 963 dollar olub. Bununla onun karyerasındakı ümumi gəlirir 39,315,368 dollara çatıb.

O, bu göstəricidə həmkarı Maria Şarapovanı qabaqlayıb. Sabiq qadın tennisçi iştirak etdiyi bütün yarışlarda 38 777 962 dollar qazanıb.