Tennis

Tennisin gənc ulduzu hamının gözü qarşısında məşqçisini söydü – VİDEO

Romada keçirilən WTA 1000 turniri emosiyalarsız ötüşməyib.

Aut.az xəbər verir ki, bu dəfə əsas “qəhrəman” tennisin gənc ulduzu, 18 yaşlı rusiyalı Mira Andreyeva olub.

Dünya reytinqinin üçüncüsü olan Koko Qofla 1/4 final matçında gənc tennisçi əsəblərinə hakim ola bilməyib və nümayişkaranə tərzdə məşqçisini söyüb.

Matça gəlincə, Andreyeva Qoffa 4:6, 6:7 (5) hesabı ilə uduzub.

Aut.az