Tennis

Uilyams ona nə vaxt zəng etdiyini açıqladı

“Böyük Dəbilqə” yarışlarının 23 qat qalibi, 44 yaşlı amerikalı tennisçi Serena Uilyams ispan tennisçi Alkarasla bağlı danışıb.

Aut.az xəbər verir ki, “ABC de Sevilla” Serenadan sitat gətirib:

“Əlbəttə, mən onu yaxşı tanıyıram; ispanlar uzun müddətdir ki, zirvədədirlər. Təbii ki, Rafa Nadal var və ümumiyyətlə, İspaniyada bir çox başqa böyük tennisçilər var.

Alkaras heyrətamiz şeylər edir. Mən Alkarasın böyük pərəstişkarıyam. O, oynayanda onu dəstəkləmək üçün həmişə ona zəng edirəm”.

Uilyams peşəkar tennisdən 2022-ci ildə təqaüdə çıxdı. Serena hazırda iş qadınıdır.

Aut.az