Əfsanənin raketkası rekord qiymətə satıldı
İspaniyalı tennisçi Rafael Nadala məxsus raketka rekord məbləğə satılıb.
Aut.az xəbər verir ki, bu barədə ESPN məlumat yayıb.
“Roland Qarros”un 2017-ci il finalında istifadə etdiyi Babolat raketkası “Prestige Memorabilia” hərracında 157,3 min dollara alıcı tapıb. Bu, tennis raketkası üçün indiyədək ödənilən ən yüksək məbləğ olub.
Qeyd edək ki, əvvəlki rekord da Nadalın raketkasına məxsus idi. O, 2022-ci il Avstraliya Açıq turnirinin finalında Daniil Medvedev üzərində qələbə qazandığı raketkanı 2023-cü ildə “Sotheby’s” hərracında 139,7 min dollara satmışdı.
Xatırladaq ki, Rafael Nadal 2017-ci ildə “Roland Qarros”u karyerasında 10-cu dəfə qazanmışdı.
Aut.az
