Messi Rodrigesdən o sözlərinə görə haqq-hesab tələb etdi: Çox danışırsan
Argentina millisinin hücumçusu Lionel Messi kolumbiyalı futbolçu Xames Rodrigesdən Argentinanın 2024-cü ildə Amerika Kubokunun finalında qazandığı qələbə ilə bağlı dediyi fikrilərə görə haqq-hesab tələb edib.
Aut.az xəbər verir ki, söhbət DÇ-2026-nın seçmə mərhələsinin 16-cı turu çərçivəsində keçirilən Argentina – Kolumbiya oyunundan (1:1) sonra baş tutub.
-Rodriges: Mən pis heç nə deməmişəm.
-Messi: Yox, deyibsən. Deyibsən ki, finalda bizə kömək etdilər. Sən çox danışırsan.
Qeyd edək ki, Argentinanın Kolumbiyaya 1:0 hesabı ilə qalib gəldiyi oyunla bağlı danışam Rodriges demişdi ki, hakim rəqibin əleyhinə 1-2 penalti təyin etməli idi.
Aut.az
