İki əfsanə əl-ələ tutub ağlayır – Təsirli FOTO
İsveçrəli tennisçi, “Böyük Dəbilqə”nin 20 qat qalibi Rocer Federer ispaniyalı Rafael Nadalla 2022-ci il Laver Kubokunda çəkilmiş birgə fotosu haqda danışıb.
Aut.az xəbər verir ki, Federer bu barədə “El Pais”ə deyib.
“O, karyeramın digər fotoşəkilləri ilə birlikdə evimdədir. Şəkillərin hər yerdə olmasını istəmirəm, ona görə də təyin olunmuş yerim var. Yanından keçəndə həmişə diqqətimi çəkir. Bu, bizim dostluğumuzu və rəqabətimizi əks etdirir.
Həmin an Elli Qouldinq oxuyurdu. İkimiz də karyeramızı və tennisçi olduğumuz üçün necə şanslı olduğumuzu xatırlayaraq, yaşadığımız hər şey haqqında düşünə bildik. Biz hobbimizi xəyala, işə çevirə bildik.
Bu fotonun mənim üçün mənası budur. Onun əlini bir saniyə tutmaq və həmçinin minnətdarlığımı bildirmək gözəl bir andır”, – Federer deyib.

