Tennis

Dəhşətli isti Sobolenkonu buna məcbur etdi: 10 dəqiqə orada qaldı

“Böyük Dəbilqə”nin üçqat qalibi, dünya tennisinin bir nömrəsi, belaruslu  Arina Sobolenko Sinsinnatidə (ABŞ) keçirilən WTA-1000 turnirində üçüncü raund matçında yaşanan gərginlikdən danışıb.

Aut.az xəbər verir ki, Arina böyük britaniyalı Emma Radukananı 7:6 (7:3), 4:6, 7:6 (7:5) hesabı ilə məğlub edib. “Punto de Break” Sobolenkanın sözlərini sitat gətirib:

“10 dəqiqə soyuq duşa girdim. Son dəfə buna cəhd edəndə Floridada cəmi bir dəqiqə dayanabilmişdim. Hava çox isti idi, duşdan çıxmaq istəmirdim, sadəcə mətbuat konfransına getməli olduğum üçün çıxdım”.

Sobolenko 1/4 finala vəsiqə uğrunda ispaniyalı tennisçi Cessika Buzas Maneyro ilə mübarizə aparacaq.

Aut.az