Serenanın özünə qardaş bildiyi əfsanə görün kim imiş – FOTOLAR
Əfsanəvi tennisçi Serena Uillyams Formula 1-in Mayami Qran-prisində iştirak edib.
Aut.az xəbər verir ki, o, britaniyalı pilot Lyuis Hemilton haqqında emosional paylaşım edib.
Amerikalı idmançı “Ferrari” komandasının paddokunu ziyarət edərək onların dostluğunun necə başladığını xatırladıb. Uilyams bildirib ki, o, hələ karyeralarının əvvəlində – hər ikisi öz sahəsində yüksəliş yaşadığı dövrdə Hemiltonla tanış olmaq istəyib. İlk görüş qısa zamanda yaxın münasibətə çevrilib və bu bağ bu günə qədər qorunub.
“Biz tanış olduq və o vaxtdan hər dəfə qalib gələndə bunu birlikdə qeyd edirdik. Artıq 10 ildən çox vaxt keçib və biz hələ də çox yaxınıq. O, mənim qardaşımdır”, – deyə Uilyams yazıb.
Qeyd edək ki, Mayami Qran-prisi Hamilton üçün sabit nəticələrlə yadda qalıb. Britaniyalı pilot sprint yarışını yeddinci pillədə başa vurub, əsas yarışa isə altıncı yerdən start verərək finişi də eyni mövqedə tamamlayıb.
Aut.az
View this post on Instagram
