Tennis

Dünyanın sabiq bir nömrəsi hamilə olduğunu belə açıqladı – FOTOLAR

Dünyanin keçmiş bir nömrəsi, ikiqat “Grand Slam” qalibi, ispaniyalı tennisçi Qarbinye Muqurusa ana olmağa hazırlaşır.

Aut.az xəbər verir ki, bu barədə sabiq idmançı “X” sosial şəbəkəsində paylaşım edib.

O, bununla bağlı fotolar dərc edib. Şəkillərdən birində hamilə halda, digərlərində isə həyat yoldaşı, biznesmen Artur Borxeslə birlikdədir. Paylaşımın qısa qeydi isə belədir: “Ailə”.

Karyerası ərzində Muqurusa qadınların fərdimübarizəsində 10 WTA turnirinin qalibi olub. Onların arasında 2016-cı il “Roland Garros”, 2017-ci il “Uimbldon” və 2021-ci ilin “İlsonu turniri” xüsusi yer tutur.

2017-ci ilin 11 sentyabr – 9 oktyabr tarixləri arasında, ümumilikdə 4 həftə dünya reytinqində birinci pillədə qərarlaşıb.

Xatırladaq ki, Qarbinye Muqurusa 2024-cü ilin aprelində karyerasını başa vurduğunu elan etmişdi.

Aut.az

Resim

Resim

Resim