Bir nömrə WTA-nı tənqid etdi: Nədən narazıdır?
Dünyanın birinci raketkası, polşalı tennisçi İqa Şventek WTA-nın 2024-cü il təqvimini tənqid edib.
Aut.az xəbər verir ki, 2024-cü ildə WTA-1000 turnirlərinin sayı 10-a çatdırılacaq. Paris Olimpiya Oyunları isə “Wimbledon”la “US Open” turnirlərinin arasındakı fasilə zamanı keçiriləcək.
“Təqvimdən danışsaq, tennisçilərin üzərinə daha çox öhdəlik düşür. Gücünüzü daha çox xərcləməli olacaqsınız. Bu, mütləq bizim psixi və fiziki sağlamlığımıza təsir edəcək”, – “Eurosport” İqadan sitat gətirib.
Aut.az
