Dünya futbolu

Kərimin xəyalındakı komanda: Nə Ronaldo var, nə də…

“Əl-İttihad”ın ulduz hücumçusu Kərim Benzema xəyalındakı ən yaxşı heyəti açıqlayıb.

Aut.az xəbər verir ki, o, siyahıya Kriştiano Ronaldonun və argentinalı Lionel Messinin adını daxil etməyib.

Benzema daha çox həmyerlilərinə və braziliyalı futbolçulara üstünlük verib.

Qapıçı: Manuel Noyer;

Müdafiəçilər: Dani Alves, Pepe, Serxio Ramos, Marselo;

Yarımmüdafiəçilər: Klod Makelele, Pol Poqba, Zinəddin Zidan, Ronaldinyo;

Hücumçular: Ronaldo Nazario, Kərim Benzema.

Qeyd edək ki, Benzema 2023-cü ildən “Əl İttihad”da çıxış edir. Futbolçunun klubla müqaviləsi 2026-cı ilə qədərdir. Səudiyyə Ərəbistanı klubunun tərkibində Benzema bütün turnirlərdə 16 matçda iştirak edib, 10 qol vurub və 4 məhsuldar ötürmə edib.

Fransa millisinin forvardı daha əvvəl “Lion” və “Real”da da çıxış edib.