Dünya futbolu

İddia: Ronaldo prezident seçkilərində asanlıqla qalib gələr, əgər…

“Sportinq”in yarımmüdafiəçisi Morten Yulmand  Kriştiano Ronaldonun Portuqaliya üçün əhəmiyyətini dəyərləndirib.

“Sportinq” Kriştiano Ronaldonun klubu təmsil etməsi ilə fəxr edir. Ancaq o, təkcə burada deyil, bütün ölkə üçün əhəmiyyətlidir, özü də həddindən çox. Prezidentliyə namizədliyini irəli sürsəydi, asanlıqla qalib gələrdi.

Millətlər Liqasının püşkatmasının nəticələrini görəndə çox sevindim . Cavab matçını “Xose Alvalade”də keçirəcəyimizi biləndə daha da sevindim. Qonaqlar üçün paltardəyişmə otağına ilk dəfə girmək xüsusi bir şey olacaq”,- Danimarka millisinin yarımmüdafiəçisi deyib.

Danimarka millisi Millətlər Liqasının 1/4 finalında Portuqaliya yığması ilə qarşılaşacaq. Oyunlar martın 20 və 23-də baş tutacaq.

Aut.az