Messidən millidən kənarda qalmasına reaksiya
Lionel Messi Argentina millisinin qarşıdakı oyunları haqda danışıb.
“İnter Mayami”nin forvardı DÇ-2026-nın seçmə mərhələsində Uruqvay və Braziliya ilə matçlar üçün milli komandanın yekun siyahısına daxil edilməyib.
Aut.az xəbər verir ki, Messi bu barədə sosial şəbəkədə yazıb.
“Çox təəssüf ki, Uruqvay və Braziliya ilə vacib oyunları buraxmalı olacağam.
Çox istəyirdim ki, oynayım, amma kiçik zədə ucbatından millinin düşərgəsinə gedə bilməyəcəm.
İstənilən argentinalı azarkeş kimi komandanı dəstəkləyəcəm. İrəli, Argentina!” – deyə Lionel Messi yazıb.
Aut.az
