Dünya futbolu

Fərid fransız barbarlığından danışdı: Hücum necə başlayıb?

“Lion”un avtobusunun sürücüsü Fərid “Marsel” azarkeşlərinin hücumunun necə başladığı haqda danışıb.

“Velodrom” stadionuna çatana qədər hər şey yaxşı gedirdi. Amma sonra gördük ki, bizdən öncəki maşınlar daşlarla və əldəqayırma raketlərlə dağıdılıb.

Bu maşınların şüşələri sındırılmışdı. Hüquq-mühafizə orqanlarının əməkdaşları bizə dedilər ki, sürəti artırın. Mən şoka düşdüm və qorxdum. Sağda və solda azarkeşlər var idi. Polis həddindən artıq yüklənmişdi. Özümü güvənsiz hiss etdim. Onlar bununla mübarizə aparmaq üçün orada idilər. Polisin mühafizəsinə baxmayaraq, şüşələri sınmış beş avtomobil var idi”, – deyə RMC Fəriddən sitat gətirib.

Xatırladaq ki, Fransa Liqa 1-in 10-cu turunun “Marsel” – “Lion” matçı görüşün başlamasına az qalmış meydan sahiblərinin azarkeşləri qonaq klubun avtobusuna daş atdıqları üçün ləğv edilib. Nəticədə “Lion”un baş məşqçisi Fabio Qrosso şüşə qırıqlarından ciddi kəsiklər alıb. Onun sifətinə 13 tikiş atılıb. Qrossonun köməkçisi Raffaele Lonqonun da gözünə avtobusun sağ tərəfindəki pəncərə sındığı zaman şüşə qırıqları dəyib.

Aut.az