Braziliya olimpiadada olmayacaq
Braziliya millisi 2024-cü il Olimpiya Oyunlarında iştirak etməyəcək.
Aut.az xəbər verir ki, Braziliya Cənubi Amerikada keçirilən seçmə mərhələnin son oyununda Argentinaya uduzub. Karakasda (Venesuela) keçirilən görüş 1:0 hesabı ilə argentinalıların xeyrinə başa çatıb.
2016 və 2021-ci illərdə Olimpiya Oyunlarında qızıl medal qazanan braziliyalılar turnir cədvəlində üçüncü yerdə qərarlaşıblar və turnirə vəsiqə qazana bilməyiblər.
Belə ki, seçimə mərhələni müvafiq olaraq birinci və ikinci yerdə bitirən Paraqvay və Argentina Parisdə çıxış edəcəklər.
Yay Olimpiya Oyunları 2024-cü il iyulun 26-dan avqustun 11-dək Parisdə keçiriləcək.
Aut.az
