Dünya futbolu

Deşamı əvəz edəcək şəxs bəlli oldu – Prezident açıqladı

Fransa millisinin baş məşqçisi Didye Deşam DÇ-2026-dan sonra postunu tərk etmək qərarına gəlib – mütəxəssis müqaviləni yeniləməyəcəyini təsdiqləyib.

Aut.az xəbər verir ki, əfsanəvi fransız futbolçu və “Real”ın keçmiş baş məşqçisi Zinəddin Zidanın bu vəzifəyə əsas namizəd olduğu bildirilir.

“O, Fransa və dünya futbolunun simvollarından biridir. Milli komandamızın inkişafında məhz Zinəddinin əməyi olub. Futbol tarixinin ən böyük oyunçularından birinə böyük hörmət və ehtiramım var.

Onun “Real”da çox yaxşı nəticə əldə etdiyini gördüm. Zidan artıq bir neçə dəfə ən prestijli kuboku – Çempionlar Liqasını qazanıb. O, istedadının miqyasını nümayiş etdirdi”, – deyə Fransa Futbol Federasiyasının prezidenti Filip Diallo bildirib.

Buna baxmayaraq, funksioner tələsməməyə və Deşamın müqavilənin sonuna qədər işləməsinə icazə verməyə çağırıb:

“Unutmayaq ki, Didyenin müqaviləsinin bitməsinə hələ iki il qalıb və ona, heyətinə və oyunçularına hörmət edərək, hələlik onu əvəz edəcək namizədləri müzakirə etməyəcəyik”,- deyə Diallo yekunlaşdırıb.

Aut.az