Messi Ronaldonu ötə bilməyəcək
UEFA ilin oyunçusu mükafatının ləğv edildiyi barədə məlumat vermişdik
Aut.az xəbər verir ki, qurum bundan sonra “France Football” jurnalıyla birlikdə “Qızıl top”un qalibini müəyyənləşdirəcək.
Bununla UEFA-nın ən yaxşı oyunçusu mükafatı tarixə qovuşub. 11 keçirilən müsabiqədə ən çox qalib gələn futbolçu Kriştiano Ronaldodur – 3 dəfə. Lionel Messi isə “Qızıl top”dan fərlqi olaraq bu mükafatda əzəli rəqibindən geri qalır. Leo 2 dəfə UEFA tərəfindən ilin ən yaxşı kişi oyunçusu seçilib.
Bu o deməkdir ki, Messi sözügedən nominasiyada Ronaldonu ötə bilməyəcək.
