Dünya futbolu

Ronaldo ilə Messi eyni taleyi yaşadılar

Argentina millisinin hücumçusu Lionel Messi və Portuqaliya yığmasının lideri Kriştiano Ronaldo karyeralarında ilk dəfə olaraq milli komanda turnirinin qrup mərhələsində bir qol vura bilməyiblər.

Messi hazırda Amerika Kubokunda iştirak edir. Leo zədə səbəbindən qrupdakı üçüncü matçı buraxıb.

Öz növbəsində Ronaldo Avropa çempionatının qrup mərhələsində Portuqaliya millisinin hər üç oyununda iştirak edib, bu üç görüşdə 39 yaşlı hücumçu 1 məhsuldar ötürmə verib.

Xatırladaq ki, Argentina millisi Amerika Kubokunun 1/4 finalına yüksəlib. Portuqaliya isə Avro-2024-ün 1/8 finalına vəsiqə qazanıb.

Aut.az